Gizli saxlanılan silahlar üzə çıxdı:   Polis əməliyyatı genişləndirir

saytların hazırlanması

Evə çatdırılma

Gizli saxlanılan silahlar üzə çıxdı: Polis əməliyyatı genişləndirir

Kriminal

27 Yanvar 2026 10:38 511


Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Nazirliyin Mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, yanvarın 26-da polis əməkdaşları paytaxt və ölkənin ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 25 tüfəng, 6 patron darağı və 140 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!