Hovuzda baş verən faciə: Sahibkara qarşı ittiham irəli sürüldü

saytların hazırlanması

Evə çatdırılma

Hovuzda baş verən faciə: Sahibkara qarşı ittiham irəli sürüldü

Kriminal

24 Noyabr 2025 14:42 661


Naxçıvan Muxtar Respublikası Prokurorluğu Şahbuz rayonunda baş vermiş faciə ilə bağlı aparılan istintaqın tamamlandığını və cinayət işinin məhkəməyə göndərildiyini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, sentyabrın 4-də, saat 22 radələrində Naxçıvan şəhər sakinləri 2011-ci il təvəllüdlü Ceyran Hüseynova,  anası 1983-cü il Sevinc Hüseynova və nənəsi 1947-ci il təvəllüdlü Səkinə Məmmədovanın Şahbuz rayon Ayrınc kəndində yerləşən fərdi yaşayış evində istirahətdə olarkən həyətyanı sahədə yerləşən hovuzda kustar üsulla düzəldilmiş üzən platformanın aşması nəticəsində boğularaq ölmələri ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsində araşdırma aparılaraq cinayət işi başlanılıb.  

İbtidai istintaqla Hikmət Qurbanlının daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyət növü üzrə fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə vəzifəli şəxs kimi işə vicdansız və ya laqeyd münasibəti nəticəsində ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.   Dördpendirli pizza

Toplanmış sübutlar əsasında Hikmət Qurbanlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, yəni ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Şahbuz Rayon Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!