Gölməçəyə dönmüş yollar, zibil problemi - Binə qəsəbəsindən şikayət - Foto

saytların hazırlanması

Evə çatdırılma

Gölməçəyə dönmüş yollar, zibil problemi - Binə qəsəbəsindən şikayət - Foto

Xalqın səsi

20 Yanvar 2020 18:17 1997


Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yollar bərbad vəziyyətdədir. Nəqliyyat vasitələri belə yolda çətinliklə hərəkət edir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Binə qəsəbəsində yaşayan sakinlərdən biri paylaşım edib. Söhbət köhnə Binə bazarına gedən,146 nömrəli sərnişin avtobusunun hərəkət etdiyi yoldur.

Şikayətçinin sözlərinə görə, Binə qəsəbəsində demək olar ki, bütün yollar bu vəziyyətdədir: pizza mizza

“Hətta, yeni salınmış Ə.İsazadə küçəsində yağış yağan kimi gölməçələr əmələ gəlir. Bir az yağış yağandan sonra piyada keçidlərini keçmək mümkün deyil.

Sözügedən yoldan bir qədər irəli, sol tərəfdə “Ümid” uşaq evi yerləşir. Aidiyyəti qurumlardan bu məsələ ilə maraqlanmalarını xahiş edirəm. Bu balıq gölünə dönmüş küçələrlə uşaq evindəki uşaqlara hansı gələcəyi vəd edirik? Nə vaxta kimi belə davam edəcək?”

Sakinin sözlərinə görə, qonşular yığılıb öz hesabına küçələrə qum tökürlər.

Bundan başqa iddia olunur ki, hər cümə günü Bələdiyyənin təşkil etdiyi zibil maşını küçə qapılarına qoyulan zibil kisələrini götürmək üçün hər evdən 3 manatdan pul alır:

“Pul verməyən evlərin qapısındakı zibillər götürülmür. Hansı dövrdə yaşıyırıq?  Vətəndaşa belə qayğı göstərirlər?”.

Ərazi üzrə İcra Hakimiyyəti və Bələdiyyə ilə əlaqə saxlamağa çalışsaq da, heç bir nəticə əldə edə bilmədik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!