Gömrük Komitəsi saxlanılan yüklə bağlı açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Gömrük Komitəsi saxlanılan yüklə bağlı açıqlama yaydı

Rəsmi

29 Yanvar 2019 00:52 1433


Dövlət Gömrük Komitəsi ATEF adlı şirkət tərəfindən xammal şəklindəki əlvan metalların hazır məhsul adı altında Bakı Baş Gömrük İdarəsində ixrac gömrük proseduranda kodu bilərəkdən dəyişdirilərək sənədləşdirildiyi və "Qırmızı Körpü" gömrük-keçid məntəqəsində həmin yükü daşıyan nəqliyyat vasitələrinin saxlanıldığı ilə bağlı iddialara münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, komitə ATEF şirkətinə məxsus yükləri daşıyan hər hansı nəqliyyat vasitəsi ninsaxlanılmadığını bildirib. “Lakin qeyd olunan istiqamətdə başqa şirkətlərə məxsus nəqliyyat vasitələri saxlanılıb ki, hal hazırda da Qərb Ərazi Baş Gömrük İdarəsində müvafiq araşdırmalar aparılır. Üstəlik araşdırma konkret olaraq malların düzgün bəyan olunmaması istiqamətində aparılır və korrupsiya faktının mövcudluğu haqqında araşdırmaların nəticəsindən sonra fikir söyləmək mümkün ola bilər”.

Komitənin açıqlamasında deyilir ki, istər gömrük orqanlarında, istərsə də digər dövlət təsisatları və ya özəl qurumlarda qanundankənar əməllərin törədilməsi mümkündür. “Lakin bu faktı həmin qurumun rəhbərliyinin bilgisi daxilində baş vermiş kimi ictimailəşdirmək və şərh etmək, birbaşa həmin qurumun rəhbərliyinə qarşı qaralama kampaniyası təşkil etmək ən azı mədəniyyətsizlikdir. Sezar pizza

Üstəlik korrupsiya, rüşvət, bir sözlə gömrük qanunvericiliyin pozulması ilə bağlı faktları müəyyən edən şəxslər birbaşa aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər”.

Komitə bildirib ki, qeyd olunan faktla bağlı araşdırılma aparılır: “Ancaq son dövrlərdə gömrük sistemində həyata keçirilən və artıq nəticələri cəmiyyətin müxtəlif təbəqələri tərəfindən yüksək qiymətləndirilən islahatlar prosesinə əsassız iddialarla kölgə salmağa çalışmaq ən azı ədalətsizlikdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!