Gömrük Komitəsinin əməkdaşı həbsdən azad olundu

saytların hazırlanması

Evə çatdırılma

Gömrük Komitəsinin əməkdaşı həbsdən azad olundu

Kriminal

19 Mart 2019 23:14 882


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Mərkəzi Gömrük Hospitalının əməkdaşı Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib. Həbsdə olan Mərkəzi Gömrük Hospitalının əməkdaşı F.Məmmədli və digər şəxslər məhkəmə zalından azadlığa buraxılıb. pizza mizza

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!