Gömrük Komitəsinin qarşısında aksiya keçirildi - Video 

saytların hazırlanması

Evə çatdırılma

Gömrük Komitəsinin qarşısında aksiya keçirildi - Video 

Xalqın səsi

04 Fevral 2020 13:37 4044


Nəqliyyat sektorunda çalışan sahibkarlar Dövlət Gömrük Komitəsinin qarşısında aksiya keçirib. 

Yenisabah.az xəbər verir ki, aksiyanın məqsədi xarici dövlət nömrə nişanlı marşrutların Azərbaycanın nəqliyyat sektoruna cəlb etdilməsidir. 

“Xarici dövlət nömrə nişanlı marşrutların Azərbaycanda fəaliyyəti qanunsuzdur. Amma buna baxmayaraq, fəaliyyət göstərirlər. Nəticədə yerli marşrutlar işsiz qalır”, - deyə sahibkarlar bildirib. pizza hut

Aksiyada sürücülər də qatılıb. “Biz öz ölkəmizdə işləyə bilmərik. Müştəri olmur. Çünki Gürcüstan, İran, Türkiyə nömrələri ilə avtobuslar doluşub bura. Biz isə öz ölkəmizdə çörək qazana bilmirik”, -deyə sürücülər bildirib.

Aksiya iştirakçıları bildirib ki, nəqliyyat sektoruna cavabdeh qurumlar məsuliyyəti üzərlərindən atrılar: “Deyirlər ki, bizlik deyil, Dövlət Gömrük Komitəsinə müraciət edin. Biz də ona görə bura toplaşmışıq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!