Gömrük Komitəsinin qərarı Azərbaycana avtomobil axınına səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Gömrük Komitəsinin qərarı Azərbaycana avtomobil axınına səbəb oldu

Avto

23 İyul 2023 09:16 62581


Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillərin sayı azalsa da qiyməti kəskin artıb.

“Yeni Sabah” Xəzər TV-yə istinadən bildirir ki, bu ilin ilk 6 ayı ərzində Gürcüstandan  Azərbaycana 226 milyon ABŞ dolları dəyərində 14 206 ədəd avtomobil gətirilib.

"2023-cü ilin birinci yarısında Azərbaycana ixrac edilən avtomobillərin dəyəri 74,8%  artıb, sayı isə 2%  azalıb". Dördpendirli pizza

Avto-nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bunun başlıca səbəbi Azərbaycanda ölkəyə idxal edilən avtomobillərlə bağlı tətbiq edilən məhdudiyyətdir.

Ekspert deyir ki, növbəti ildən Gürcüstanın özündə də avtomobil idxalına bəzi məhdudiyyətlər qoyacaq. "Bu isə Azərbaycan bazarına da təsir edə bilər".

Statistikaya əsasən, ötən ilin birinci yarısında Gürcüstan Azərbaycana 129,3 milyon dollar dəyərində 14 498 ədəd avtomobil ixrac edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!