Gömrük Komitəsinin rəhbərliyi Bolqarıstanda olub

saytların hazırlanması

Evə çatdırılma

Gömrük Komitəsinin rəhbərliyi Bolqarıstanda olub

İqtisadiyyat

14 Fevral 2019 01:25 1019


Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti fevralın 11-12 tarixlərində Bolqarıstanda işgüzar səfərdə olub.

“Yeni Sabah” xəbər verir ki, nümayəndə heyətinə DGK sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov rəhbərlik edib. Səfər Bolqarıstan Maliyyə Nazirliyinin Milli Gömrük Agentliyinin Baş direktoru Georgi Kostovanın dəvəti ilə baş tutub.

Görüşdə İsmayıl Hüseynov Azərbaycan  İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu siyasət və həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, gömrük-biznes əməkdaşlığının inkişafı kontekstində "Yaşıl dəhliz" və digər buraxılış sistemləri kimi yeniliklər və gömrük sistemində aparılan son islahatlardan danışıb. pizza mizza

Bolqarıstan Respublikası Maliyyə Nazirliyinin Milli Gömrük Agentliyinin Baş direktoru Georgi Kostova iki ölkənin gömrük orqanları arasında səmərəli əlaqələrdən söhbət açıb, Bolqarıstan tərəfinin öz təcrübəsini bölüşməyə daim hazır olduğunu deyib.

Görüşdə, eyni zamanda, 2019-2020-ci illər üçün Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə sədr müavinliyinə seçkilər, gömrük işi sahəsində risklərin idarə edilməsi, Avropa İttifaqında elektron ticarətin aparılması zamanı rüsum və vergilərin toplanması qaydası, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, gömrük işi sahəsində hüquqpozmalar və ümumi maraq kəsb edən digər məsələlər müzakirə olunub, əməkdaşlığın daha səmərəli həyata keçirilməsi üçün bəzi razılıqlar əldə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!