Gömrükdə dollar əməliyyatı

saytların hazırlanması

Evə çatdırılma

Gömrükdə dollar əməliyyatı

Maraqlı

05 Fevral 2019 15:26 1225


Azərbaycandan qanunsuz yolla çıxarılan dollar aşkar edilib.

“Yeni Sabah” xəbər verir ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən "Berkarar"Ro-Ro tipli gəmi vasitəsilə Türkmənistana getmək istəyən "Toyota Hilux" markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişini Beynəlxalq Dəniz Ticarət Limanının Bakı terminalının ərazisində yerləşən gömrük postuna daxil olublar. Gömrük sərhədini keçən zaman onlar üzərilərində 9700 ABŞ dolları və 8500 ABŞ dolları məbləğində valyutanı şifahi formada bəyan ediblər və bu məbləğlərdən əlavə valyutanın olmadığını bildiriblər.

Lakin, hər iki vətəndaşın hərəkətləri şübhə yaratdığı üçün gömrük yoxlamasının keçirilməsi zərurəti yaranıb. Yoxlama zamanı "Toyota Hilux" markalı nəqliyyat vasitəsinin sükanından aşağıda, zavod istehsalı quruluşuna aid çıxıntılı hissəsinin gözlə görünməyən arxa tərəfində, aşkar edilməni çətinləşdirən üsuldan istifadə etməklə gizlədilən və gömrük orqanına bəyan edilməyən 9600 ABŞ dolları aşkarlanıb. Dördpendirli pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!