Gömrükdə qanunsuz telefon keçirmək istəyən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Gömrükdə qanunsuz telefon keçirmək istəyən şəxs tutuldu

Kriminal

24 Avqust 2019 10:48 1006


Gürcüstandan gələn Rusiya vətəndaşının idarə etdiyi "VAZ-21114" markalı avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinin sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən “Yeni Sabah”a verilən məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altında gömrük nəzarətindən gizlədilən 8 ədəd "Samsung Galaxy S9+" markalı mobil telefon aşkarlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!