“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

saytların hazırlanması

Evə çatdırılma

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

Rəqəmsal

18 Oktyabr 2024 01:37 3933


Məşhur "Google" axtarış sistemi Azərbaycanın Müstəqilliyin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində xüsusi "doodle" hazırlayaraq özünəməxsus şəkildə təbrik edib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan bayrağını kliklədikdə "Azərbaycanda Müstəqilliyin Bərpası Günü" ilə bağlı informasiyaların yer aldığı saytlara və xəbər agentliklərinin səhifələrinə keçid edilir.

Qeyd edək ki, "doodle" "Google" axtarış saytının əsas səhifəsində əlamətdar hadisələrə həsr olunmuş xüsusi simvolik illüstrasiyalardır. Toyuqlu pizza

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür. 

Xatırladaq ki, 1991-ci il oktyabrın 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!