Google daha bir funksiyanı LƏĞV EDİR....

saytların hazırlanması

Evə çatdırılma

Google daha bir funksiyanı LƏĞV EDİR....

Rəqəmsal

19 Avqust 2024 17:20 2568


Google böyük və ya kiçik bir çox layihələrindən asanlıqla imtina etməsi ilə tanınır. Nəhəng şirkətin unutmağa məhkum etdiyi xüsusiyyətlərə başqa biri də qoşulub. 

Yenisabah.az bildirir ki, Google 2022-ci ildə Mesajlar proqramında YouTube videolarına baxmağa imkan verən şəkil içində şəkil funksiyasını ləğv edir. 

Bu funksiya ilə istifadəçilər Mesajlar tətbiqinə göndərilən YouTube linklərinə tıkladıqları zaman tətbiqdən çıxmadan YouTube videolarına baxa bilirdilər.  Marqarita pizza

Lakin məlum olub ki, bu funksiya Mesajlar proqramının ən son beta versiyasında silinib. İndi YouTube linkinə tıkladığınız zaman Youtube proqramı açılır. 

Bu funksiyanın tamamilə silinəcəyi və ya Youtube Premium istifadəçilərinə məxsus olacağı hələlik məlum deyil. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!