“Google” “Android” proqramında ən çox gözlənilən dəyişikliklərdən birini etməyə hazırlaşır.
Yenisabah.az xəbər verir ki, şirkət “Google” axtarış paneli dəyişdiriləcək.
Qeyd edək ki, şirkət istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün bir çox yeniliklər üzərində işləyir. Bunlardan biri də əksər istifadəçilərin uzun müddətdir gözlədiyi “Google Search” panelinin yeridir. pizza
“Google” “Android” tətbiqi üçün yeni interfeysi sınaqdan keçirir. Bu interfeys ilə ekranda əsas axtarış çubuğunun yeri dəyişəcək. Şirkət “Google” tətbiqinin ən son beta versiyasında axtarış panelini aşağıya yerləşdirən işarəni işə salıb.
Yenilənmiş interfeys ilə ekran görüntüləri də ortaya çıxıb. Ekran görüntülərinə baxdıqda axtarış çubuğunun aşağıda olduğunu görmək mümkündür. Filtrlər, bölmələr və hesab seçimləri kimi menyular da ekranın yuxarı hissəsində qalır. Bu isə sadəcə axtarış çubuğunun yerinin dəyişdiyini göstərir.
“Google”un “iOS” üçün “Chrome”da ünvan çubuğunu aşağıya köçürmə variantını təklif etməsi bu dizaynın “Android” tətbiqində də geniş istifadə olunma ehtimalını artırır.
“Google”un bu yeniliyi “Android” tətbiqinin “14.48.26.29.arm64” versiyasında ortaya çıxıb. Bununla belə, bu dəyişikliyin daha geniş istifadə üçün təqdim edilib-edilməyəcəyi, yoxsa yalnız sınaq xarakterli olacağı hələlik bəlli deyil.
Qeyd edək ki, “Google” interfeys dəyişikliklərini ictimaiyyətə təqdim etməzdən əvvəl sınaqdan keçirir.
Telegram kanalımız