“Gör, onların birinin cəsarəti çatırmı ki, Moskvaya...” 

saytların hazırlanması

Evə çatdırılma

“Gör, onların birinin cəsarəti çatırmı ki, Moskvaya...” 

Xalqın səsi

08 Fevral 2025 08:48 12932


Respublikanın Əməkdar artisti Ağalar Bayramov yazıçı Əlisa Nicatın “Səməd Vurğun yaltaq olub” ifadəsindən sonra tənqidlərə məruz qalması ilə bağlı fikirlərini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki,  əməkdar artist özünün sosial şəbəkə hesabında bunları yazıb:

”Qatır Məmməd ” filmində çar Rusiyası generalının dilindən: ” Mən bu müsəlmanı yaxşı tanıyıram, sözü at ortaya, çəkil dur kənarda , qırsınlar bir – birini” Sezar pizza

… İndi baxıram, deputatı, yazıçısı, şairi sosial şəbəkələrdə növbəyə düzülüblər…

Putinin- Kremlin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, qoca bir kişinin – Əlisa Nicatın Səməd Vurğun haqqında dediyi sözün quyruğundan yapışıblar.

Gör, onların birinin cəsarəti çatırmı ki, Moskvaya olan nifrətini ortaya qoysun?!

Qoya bilməz, çünki, o tip ” ziyalı”lara ucuz, özünə sərfəli mövzu lazımdır…"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!