Goranboyda 47 yaşlı qadın qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda 47 yaşlı qadın qətlə yetirildi

Kriminal

26 Yanvar 2023 16:01 920


Yanvarın 26-sı saat 14 radələrində Goranboy rayonunun Baxçakürd kəndi ərazisində 1976-cı il təvəllüdlü Sevinc Məmmədovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Yenisabah.az DİN-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Atəş Ələkbərov saxlanılıb.

Qeyd edilib ki, hadisə şəxsi münasibətlər zəminində baş verib. pizza sifarişi

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!