Goranboyda fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində xəsarət alan qadın xəstəxanada dünyasını dəyişib.
"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, 45 yaşlı Gülçöhrə Əliyeva ağır bədən xəsarətləri ilə paytaxta aparılıb. Qadın bu gün Bakıda xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında rayonun Sarov kəndində qeydə alınıb. Fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində 1993-cü il təvəllüdlü Rizvan Əliyev və onun anası 1974-cü il təvəllüdlü Gülçöhrə Əliyeva yanıq xəsarətləri alaraq, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onların vəziyyətləri ağır olduğundan paytaxta aparılmışdı. İlkin ehtimala görə, partlayış təzə təmir olunmuş evdə qeydə alınıb. Belə ki, siqaretdən və ya elektrik naqillərində yaranan qığılcım zamanı döşəməyə vurulmuş dolğu partlayışa səbəb olub. Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. Marqarita pizza



Telegram kanalımız