Goranboyda bıçaqlanan kişinin vəziyyəti necədir?

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda bıçaqlanan kişinin vəziyyəti necədir?

Kriminal

22 Mart 2026 15:45 663


Martın 21-i saat Goranboyda bıçaqlanan kişinin son vəziyyəti açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, 1986-ci il təvəllüdlü Fariz Məmmədov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona döş qəfəsinin divarının çox saylı açıq yarası diaqnozu təyin olunub. pizza mizza

Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Polis əməkdaşları artıq 38 yaşlı rayon sakini Fariz Məmmədova xəsarət yetirməkdə şübhəli bilinən 17 yaşlı M. Əhmədovu tutub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!