Goranboy rayonunda məktəbdə bıçaqlanma hadisəsi olub.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb.
Məktəblilər arasında olan mübahisə bıçaqlanma ilə nəticələnib. Sezar pizza
DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A.Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.
Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R.Musayevin törətməsi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız