Goranboyda mal-qara oğurlamaqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, rayonun Veyisli kəndi ərazisində silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinənlər Kəlbəcər rayonunda qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Baloğlan Zeynallı tanışları Səxavət İbrahimov, Elvin Şirinov və Cavid Hüseynovdur. Onlar qrup halında müxtəlif vaxtlarda vətəndaşlara məxsus ümumi dəyəri 4000 manatdan çox olan 24 baş xırda buynuzlu mal-qaranı oğurlayıb.
Bundan başqa B. Zeynallı və S. İbarhimovun həmkəndlilərinə məxsus dəyəri 1000 manat olan iri buynuzlu mal-qaranı da oğurlaması məlum olub. Dominos pizza
Saxlanılan şəxslərin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onların Tərtər rayon sakinləri Samid Vəliyev və Vəhruz Alıyev ilə razılaşıb oğurladıqları mal-qaranı sonunculara satması da məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız