Goranboyda qazi anasını qətlə yetirdi,   həyat yoldaşını yaraladı

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda qazi anasını qətlə yetirdi, həyat yoldaşını yaraladı

Kriminal

31 Yanvar 2026 09:19 573


Goranboy rayonunun Faxralı kəndində ailə münaqişəsi zəminində qətl hadisəsi törədilib.

“Yeni Sabah” xəbər verir ki, kənd sakini, Vətən müharibəsi qazisi, III qrup əlil, 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlu yaşadığı evdə ailə münaqişəsi zamanı anası - 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq öldürüb.

Hadisə zamanı həyat yoldaşı - 1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızı da bıçaqlanaraq xəsarət alıb. pizza mizza

Məlumata görə, E.Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Onun psixoloji problemlərinin olduğu bildirilir.

E.Vəliyevin iki azyaşlı övladı var.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!