Goranboyun icra başçısı təcili iclas keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Goranboyun icra başçısı təcili iclas keçirdi

Hadisə

08 Sentyabr 2019 13:49 1278


Dünən gecə saatlarından başlayan güclü leysan yağışları və  külək nəticəsində rayonun bir neçə yaşayış məntəqələrində fərdi yaşayış evlərinə, elektrik təsərrüfatlarına, sahibkarlıq obyektlərinə, əkin və pambıq sahələrinə, yollara, yolkənarı ərazilərə və körpülərə ciddi ziyan dəyib. Bəzi yaşayış məntəqələrinə elektrik enerjisi və təbii qazın verilişi dayanıb.

“Yeni Sabah” Modern.az-a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin  rəhbərliyi ilə rayon Fövqəladə Hallar Komissiyasının təcili iclası çağrılıb və mövcud vəziyyət müzakirə edilib. Yaranmış  fəsadların operativ surətdə aradan qaldırılması məqsədi ilə İcra başçısı tərəfindən aidiyyəti məsul şəxslərə və təşkilatlara təcili və ciddi tapşırıqlar verilib.

Hazırda dəymiş ziyanın və movcud problemlərin aradan qaldırılması üçün yerlərdə əhatəli işlər aparılır. pizza sifarişi

.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!