“Qərb Ermənistan-Azərbaycan sülh müqaviləsini tələsdirir. Sülhə çatmaq üçün bu, xalqlarımıza yaxşı tarixi fürsət açır. Amma onu maksimum səmərə ilə istifadə etməkdən ötrü bu tələsikliyin haradan qaynaqlandığı haqda yaxşı düşünməliyik”.
“Yeni Sabah” xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov sosial hşəbəkə hesabında yazıb. O, bildirib ki, Rusiya-Ukrayna müharibəsinin başlanacağını bilən ABŞ Talibanla tez-bazar müzakirə aparıb, qopara biləcəyi öhdəlikləri ondan qoparıb, qopara bilmədiklərini isə boş verib müharibəyə 1-2 ay qalmış Əfqanıstanı təcili tərk etdi:
“Tərk etməsə idi, indi Amerika ordusu Rusiyadan keçən və ya Rusiya nəzarətində olan yollardan çox asılı duruma düşəcəkdi. Sezar pizza
Elə isə düşünüləsi sual budur: “2023-ci ildə geosiyasi sahədə nələrin baş verəcəyinə Qərbdə əmindirlər ki, Ermənistan-Azərbaycan sülh anlaşmasının təcili, yanvara qədər imzalanması üçün bu qədər səy göstərilir?”
Tələsdirdiklərinə görə çox sağ olsunlar, buna söz yox, sülhü hamımız istəyirik. Sadəcə, bunun səbəbi maraqlıdır. Bəzi ehtimallarım var, amma hələ deməyim.
Azərbaycan hökumətinə tövsiyəm odur ki, sülh müqaviləsi həqiqi sülh müqaviləsi olmalıdır, yəni qlobal siyasətin Ermənistan-Azərbaycan cinahında lazımi müddət üçün sakitlik təmin edən müvəqqəti, sonradan məzmunu mübahisələndiriləcək daha bir sənəd olmamalıdır. İrəvan məhz buna çalışır”.
Telegram kanalımız