Göyçay Gənclər Mərkəzində Od çərşənbəsi qeyd olunub

saytların hazırlanması

Evə çatdırılma

Göyçay Gənclər Mərkəzində Od çərşənbəsi qeyd olunub

Rəsmi

06 Mart 2019 17:48 1482


Dünən Göyçay Gənclər Mərkəzində Od çərşənbəsi tonqalı ətrafına minlərlə gənc toplaşıb. 

“Yeni Sabah” xəbər verir ki, Gənclər Mərkəzinin direktoru Anar Nağıyev Od çərşənbəsi münasibətilə rayon gənclərini təbrik edib. Onlara sağlamlıq və xoşbəxtlik, işlərində uğur arzulayıb. Sonra rayon Ağsaqqallar şurasının sədri Atəş Salahov Novruz bayramı münasibətilə tonqal ətrafına toplaşan rayon gənclərini təbrik edib. 

Daha sonra Bayram tonqalı alovlandırılıb, gənclər tonqal ətrafında mahnılar oxuyub rəqslər ediblər.  Sezar pizza

Xatırladaq ki, İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Qeyd edək ki,Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 26-a qeyd edilib. Martın 12-si Yel, martın 19-u isə ilaxır - Torpaq çərşənbəsidir.

Bu il yaz fəsli Azərbaycana martın 21-i saat 01:58-də qədəm qoyacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!