Göyçay rayonunda yerləşən Şirvan Meyvəçilik Mərkəzinin bir qrup əməkdaşı əmək hüquqlarının pozulduqlarını bildirirlər.
Bu haqda “Yeni Sabah”a müraciət edən şəxslər bildirir ki, Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi onların hüquqlarını pozaraq həmin şəxslərə düşəcək müavinətləri mənimsəyib:
“İş stajlarımızı saxtalaşdırmaqla cinayət törədilib. Belə ki, bu şikayət ərizəsini imzalayan vətəndaşlar Göyçay rayonunda yerləşən Şirvan Meyvəçilik Mərkəzinə 2011-ci il tarixdə işə qəbul edilmişik. Dördpendirli pizza
Həmin idarənin fəaliyyəti “Jalə” meyvə şirələri istehsal edən müəssisəni meyvə ilə təchiz etmək olub. Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi bizim savadsızlığımızdan və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bizi işə götürən zaman heç bir əmək müqaviləsi bağlamadan, sənədləşdirmə aparmadan bizi işlətmişdir.
Bunu isə vergidən digər ödənişlərdən azad olmaq üçün etməklə dövlətə və bizə küllü miqdarda ziyan vurmuşdur. Bizimlə əmək müqaviləsini yalnız 2017-ci ilin may ayında bağlamışdır. 2018-ci ilin dekabr ayı tarixində əmək müqaviləsinə xitam verilmişdi.
Biz 2011-ci il tarixdən 2018-ci ilin dekabr ayı tarixinə kimi məzuniyyətə çıxamamışıq, bu hüququmuzdan istifadə etməmişik. Buna görə bizə məzuniyyət əvəzi pul kompensasiyası ödənilməlidir. Buna görə biz Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyinə ərizə ilə müraciət etsək də heç bir tədbir görməmişdir.
Bununla da bizim Azərbaycan Respublikası Konstitusiyasında, Beynəlxalq qanunlarda təsbit olunmuş hüquq və azadlıqlarımız qəsdən məqsədli şəklidə pozulmuşdur. Burada məqsəd ancaq bu yolla pulumuzu mənimsəmək əməyimizi istismar edib küllü miqdarda pul əldə etmək olmuşdur.
Konstitusiyanın 37-ci maddəsinə görə hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyətin verilməsi təmin edilir.
Məzuniyyət hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda da öz əksini tapmışdır.
Mövcud qanunvericiliyə görə ödənişli əmək məzuniyyətindən istifadə etmək hər bir işçinin əsas hüquqlarından sayılır. Lakin təəssüf ki, Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi bizim bu hüquqlarımızı qəsdən maraqlı olaraq pozmuşdur. Biz hər birimiz ailə başçısıyıq, himayəmizdə azyaşlı, qoca və xəstə ailə üzvülərimiz var. Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyinin bu qanunsuz əməlləri araşdırılmalı və barələrində ciddi tədbirlər görülməlidir.
Bizə qarşı edilən bu cinayət əməli barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə və Dövlət Əmək Müfətişliyi Xidmətinin rəisi cənab Elman Cəfərova şikayət ərizəsi ilə müraciət etmişik. Bu şikayət ərizəsini imzalayan şəxslər mətbuat vasitəsi ilə də xahiş edirik obyektiv araşdırma aparıb işlədiyimiz müddətdə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın ödənilməsinə və iş stajımızın qeydə alınmasına köməklik göstərəsiniz və ciddi qanun pozuntusuna yol vermiş Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi barəsində qanuna müvafiq tədbirlər görəsiniz”.
Müraciəti Şirvan Meyvəçilik Mərkəzinin işçiləri İsmayılov Bəhruz Əli oğlu, Əliyev Valeh Ağabala oğlu, Bəbirov Bəşir Cabbar oğlu, Fətullayev Rizavan İbrahim oğlu, Əhmədov Əflatun Rəcəddin oğlu, İslamov Azər Mövlan oğlu, Cəbrayılov Zaur Rauf oğlu, Əhmədov Təbriz Əflatun oğlu imzalayıb.
Telegram kanalımız