Göyçayda iki kənd susuz qalıb

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda iki kənd susuz qalıb

Rəsmi

06 İyun 2019 18:10 992


Göuyçay rayonunun Çərəkə kəndi ərazisindən keçən beton R-8 arxı dağıldığından onun suyu hazırda Qazyan arxına tökülür.

“Yeni Sabah” xəbər verir ki, buna görə də, Göyçayın Çərəkə və Ucarın Rəstəcə kəndlərində yaşayan əhali əkin sahələrini suvarmaq üçün çətinliklə üzləşiblər. 

Göyçay Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə, mütəxəssislər dağılan arxa baxış keçirib. Sabah beton arxda təmir-bərpa işləri görüləcək və problem öz həllini tapacaq.  Pepperoni pizza

Qeyd edilib ki, beton R-8 arxı Qazyan arxının bir qoludur. Göyçay və Ucarın 15-ə yaxın kəndini suvarma suyu ilə təmin edən bu iki arx bir neçə yerdə ayrılır və birləşir, hətta asma beton ötürücü vasitəsilə bir-birinin üzərindən keçir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!