Göyçayda polis əməkdaşına qarşı zorakılıq edilib

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda polis əməkdaşına qarşı zorakılıq edilib

Hadisə

28 Aprel 2022 14:51 236


Göyçayda polis əməkdaşına qarşı zor tətbiq edilib. 

Bu barədə "Yeni Sabah"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 27-si saat 16 radələrində rayonun Bığır kəndi ərazisində Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Sezar pizza

Araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən tarixdə Bığır kənd sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaratmış, bu zaman onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq həmin lövhənin bir hissəsi ilə sonuncuya vurması nəticəsində Şahin Xalidov sol qulaq seyvanının səthi kəsilmiş yarası xəsarət almışdır.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Nursoltan Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Cinayət işi üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!