Göyçayda qadın abort zamanı öldü

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda qadın abort zamanı öldü

Sosial

12 Fevral 2019 21:11 1089


Göyçay rayon Qaraməryəm kəndində müvəqqəti məskunlaşmış Əliyeva Nurlanə Əlişirin qızı (1990 cı il tvəllüdlü) Göyçay MRX-na qanaxma ilə müraciət edib.

Bu haqda Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, güclü qanaxmanın qarşısını almaq məqsədi ilə hamiləliyin süni dayandırılması qərarı verilib:

“Xəstəxanadan verilən məlumata görə süni müdaxilə zamanı xəstə dünyasını dəyişib. pizza sifarişi

Hazırda Səhiyyə Nazirliyinin Ölüm Hallarını Araşdıran Komissiyası və Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyi, habelə, Göycay Rayon prokurorluğu hadisəni araşdırır”.

Rəsmi məlumata görə, ölümün dəqiq səbəbi haqqında məlumat istintaq araşdırmaları başa çatdıqdan sonra müəyyənləşəcək və ictimaiyyətə açıqlama veriləcək. Qeyd edək ki, Əliyeva Nurlanə bu günə kimi 4 hamiləlikdən 3 keysəriyyə kəsiyi əməliyyatı keçirib.

*****

Göyçay rayonunda qadın abort zamanı dünyasını dəyişib. 

Hadisə Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verib. 

Göyçayın Qaraməryəm kəndində müvəqqəti məskunlaşmış 1990-cı il təvəllüdlü, Ağstafa sakini Əliyeva Nurlanə Əlişirin qızı abort üçün xəstəxanaya müraciət edib. O, abort zamanı dünyasını dəyişib.

oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!