Göyçay rayonu Cəyirli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Yeni Sabah” xəbər verir ki, DİN-nin yaydığı məlumata görə, rayon sakini İlkin Əliyev idarə etdiyi “Zil” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn “Mersedes Ateko” markalı ağır tonajlı yük maşını ilə toqquşub.
Nəticədə “Mersedes “ yoldan çıxaraq Şirvan su kanalına düşüb. Avtomobildə olan sürücü və sərnişinlərin həyatı risk altında qalıb , onlar suda batmaq təhlükəsi ilə üzləşiblər. Dördpendirli pizza
Dərhal hadisə yerinə gələn Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin və Post Patrul Xidmətinin əməkdaşları onları xilas etmək üçün operativ tədbirlər görməyə başlayıblar. İlk öncə avtomobilin suda batmasının qarşısını almaq üçün xüsusi qoşqu vasitəsilə onu bərkidib, daha sonra təhlükəli də olsa su kanalına eniblər. Köməksiz vəziyyətdə qalan sürücü və sərnişinləri oradan çıxarmağa nail olublar.
Telegram kanalımız