Göyçayda silahlı narkotacirlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda silahlı narkotacirlər saxlanıldı

Kriminal

24 Yanvar 2023 09:44 797


Göyçayda silahlı narkokuryerlər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, onlar Bərdə rayon sakinləri - Elvin Qaraşov və Rahib Babayevdir. Sonuncunun - Rahib Babayevin üzərində olan sellofan torbaya baxış keçirilərkən 2 kiloqram 165 qram qurudulmuş marixuana, 1 kiloqrama yaxın tiryək, 325 qram heroin, 97 qram metamfetamin, 1000 ədəd psixotrop tərkibli həblər, eləcə də “Baredda” markalı tapança, həmin silaha məxsus sandıqça və 4 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitələri və odlu silahı “Instagram” sosial şəbəkəsində tanış olduqları, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşından onlayn yolla aldıqları məlum olub. Belə ki, Elvin Qaraşova məxsus “Mercedes” markalı avtomobillə Bərdədən Göyçaya gələn tanışlar əvvəlcədən deyilən ərazidən narkotik vasitələri götürüb getmək istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıblar.  pizza

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, Elvin Qaraşov və Rahib Babayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!