Göyçayda zəncirvari qəza, yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda zəncirvari qəza, yaralılar var

Hadisə

01 Sentyabr 2025 18:38 382


Göyçay rayonunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 15:00-da Göyçay-Bərguşad yolunun rayonun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Göyçay rayon sakini, 1999-cu il təvəllüdlü İsmayıl Aqil oğlu Abışovun idarə etdiyi "Mercedes" markalı 99-BL-167 dövlət nömrə nişanlı avtomobillə 1993-cü il təvəllüdlü İsmət Ağamehdi oğlu Mehdizadənin idarə etdiyi "Ford" markalı, 90-FE-648 dövlət nömrə nişanlı və Göyçay sakini, 1971-ci il təvəllüdlü Qadir Nəriman oğlu Salmanovun idarə etdiyi QAZ-53 markalı 23-BF-332 dövlət nömrə nişanlı avtomobillər toqquşub. pizza mizza

Hadisə nəticəsində "Mercedes"in sürücüsü İsmayıl Abışov və "Ford"da olan sərnişin - İsmayıllı rayon sakini, 1994-cü il təvəllüdlü Hikmət Zünhar oğlu Kərimov xəsarət alıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!