Göygöldə 3 tondan çox çətənə kolu məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Göygöldə 3 tondan çox çətənə kolu məhv edildi

Maraqlı

01 İyul 2021 09:50 765


Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Çaykənd kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, ümumi çəkisi 3 125 kiloqram olan, 9 773 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!