Göygöl rayonunda orta məktəbdə zəhərlənən şagirdlərin son durumu açıqlanıb.
Göygöl Rayon Mərkəzi Xəstəxanasından “Yeni Sabah”a bildirilib ki, fevralın 16-da saat 13:00 radələrində Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 kişi, 3 qadın) yeniyetmə xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Sezar pizza
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.
***
09:08
Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
"Yeni Sabah" xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd ram orta məktəbində qeydə alınıb.
Ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss ediblər.
Dərhal şagirdlər xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.
İlkin iddialara görə, şagirdlər məktəbdə yedikəri qidadan zəhərləniblər.
Hadisə ilə bağlı adiyyatı qurumlar tərəfindən araşdırma aparılır.
Telegram kanalımız