YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Göygöldə narkotikə görə dördlük saxlanıldı

Göygöldə narkotikə görə dördlük saxlanıldı

Xalqın səsi

30 Aprel 2022 11:16 8419


Göygöldə narkotik vasitə saxlamaqda və oğurluq etməkdə şübhəli billinən şəxslər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, şübhəli bilinənlər Oruc Məmmədov, Eşqin Məmmədov, İftixar Süleymanov, Ramiz Həsənov və Şahin Əliyev saxlanılıb.

Polis Şöbəsində şübhəli şəxslərin üzərinə baxış keçirilən zaman müxtəlif çəkilərdə narkotik maddə olan heroin, metamfetamin və digər psixotrop maddələr aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslərdən Ş. Əliyevin ətrafında aparılan istintaq-əməliyyat təbirləri nəticəsində onun törətdiyi digər cinayətlər də müəyyən edilib. Ş. Əliyev aprel ayının 18-də “Aztelekom” MMC-yə məxsus naqili oğurladıqdan sonra tanışı Namiq Əliyev ilə qabaqcadan əlbir olaraq rayon ərazisindəki ümumi dəyəri 3744 manat olan artezan quyusunun elektrik naqillərini oğurlayıb.

Qeyd edilən faktlar üzrə Göygöl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!