Göygöl rayonunda mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Yenisabah.az xəbər verir ki, rayon polisi Üçtəpə kənd sakininin evindən ümumi dəyəri 1900 manat olan məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Nadir Əliyev və Anar Məmmədov saxlayıb.
N. Əliyevin sözügedən ərazidən daha bir vətəndaşa məxsus mənzildən də 1550 manat dəyərində məişət əşyaları oğurlayıb. pizza hut
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız