Göygöldəki kafe əxlaqsızlıq yuvası imiş - Müştəri və qadın tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Göygöldəki kafe əxlaqsızlıq yuvası imiş - Müştəri və qadın tutuldu

Kriminal

21 Yanvar 2023 12:17 1004


Göygölün Yeni Zod kənd sakini M. Əliyevin rayon ərazisindəki kafelərin birində əxlaqsızlıq yuvası təşkil etməsi aşkarlanıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində M. Əliyev, eləcə də həmin kafedə işləyən 1 qadın və 1 müştəri saxlanılaraq polis şöbəsinə gətirilib.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 243 (Fahişəliyə cəlb etmə) və 244 (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!