Gözətçi qoruduğu restorandan oğurluq etdi

saytların hazırlanması

Evə çatdırılma

Gözətçi qoruduğu restorandan oğurluq etdi

Kriminal

31 Yanvar 2026 14:56 574


Bakıda məşhur restoranda oğurluq hadisəsi baş verib.

"Yeni Sabah" Lent.az-a istinadən xəbər verir ki, cinayət əməli Səbail rayonu ərazisində yerləşən "Olivie Garden" restoranında qeydə alınıb.

İttiham aktına görə, obyektin gözətçisi işləyən 27 yaşlı Nizami Fərəcov (ad və soyad şərtidir -red.) restoranın kassasından 2000 manat pulu talayıb. Faktla bağlı N. Fərəcov saxlanılıb və barəsində cinayət işi açılıb. pizza hut

İstintaq zamanı Nizami əməlindən peşman olduğunu, dəymiş ziyanı tam şəkildə qaytardığını deyib. O, bunları nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Fərəcova 1 il 1 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!