“GSMA M360 EURASIA 2023” konfransına qeydiyyat davam edir

saytların hazırlanması

Evə çatdırılma

“GSMA M360 EURASIA 2023” konfransına qeydiyyat davam edir

Rəqəmsal

03 May 2023 16:31 5980


Bakı “GSMA M360 Eurasia 2023” konfransının ev sahibi olaraq region üzrə tənzimləyici qurumların nümayəndələrini, ekspertlərini, aparıcı mobil operatorların və rəqəmsal korporasiyaların rəhbərlərini bir araya toplayacaq.

Bölgənin ən nüfuzlu texnoloji tədbiri 16-17 may tarixlərində “Four Seasons” mehmanxanasında baş tutacaq. Tədbirə qatılmaq istəyən texnologiya mütəxəssisləri GSMA M360 Registration Page səhifəsində ödənişsiz əsaslarla onlayn qeydiyyatdan keçərək rəqəmsal dəvətnamələrini əldə edə bilərlər. 

Tədbir sənayenin əsas tendensiyalarını və mühüm çağırışlarını müzakirə etmək üçün əla platforma olacaq. Konfrans gələcək inkişaf üçün rəqəmsal davamlılıq, müştəri vertikalının gücləndirilməsi, 5G və infrastrukturun gələcəyi, Əşyaların İnterneti, Süni İntellekt və Maşın Öyrənməsi, Fintek,  kibertəhlükəsizlik kimi bir sıra aktual  mövzuları əhatə edəcək. Tədbirin gündəliyi ilə GSMA M360 Agenda səhifəsində tanış olmaq mümkündür.  pizza hut

Qeyd edək ki, “GSMA M360 EURASIA 2023” konfransı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə keçiriləcək. Tədbirin  baş sponsoru qismində Azercell çıxış edəcək. 

Tədbir haqqında daha ətraflı məlumat üçün https://www.mobile360series.com/eurasia  səhifəsinə keçid etmək xahiş olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!