Güclü külək əsəcək, yağıntılar intensivləşəcək - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək əsəcək, yağıntılar intensivləşəcək - XƏBƏRDARLIQ

Sosial

02 Aprel 2024 16:40 1216


Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra ölkə ərazisində hava şəraiti dəyişəcək.

Yenisabah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü səhərdən axşamadək havanın dəyişəcəyi, şimal-qərb küləyinin qısa müddətə güclənəcəyi, küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında da aprelin 4-də hava şəraitinin dəyişəcəyi, qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, səhər və gündüz ayrı-ayrı yerlərdə arabir 30-32 m/s-dək güclənəcəyi, şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar zonalarında yağıntıların intensiv olacağı ehtimalı var. pizza sifarişi

Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!