Güclü külək Heydər Əliyev prospektində hasarı aşırdı, Bayılda ağac qəzalı vəziyyətə düşdü - Video

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək Heydər Əliyev prospektində hasarı aşırdı, Bayılda ağac qəzalı vəziyyətə düşdü - Video

Hadisə

24 May 2020 18:58 989


“Bakı küləklər şəhəridir” ifadəsi bizim üçün adiləşsə də, külək zərər vurmaqda davam edir. Dünəndən etibarən havanın qeyri-stabil keçməsi paytaxtın müxtəlif yerlərində fəsadlara səbəb olub.

Yenisabah.az xəbər verir ki, Bayıl qəsəbəsi Neftçi Qurban küçəsindəki bir ağac da güclü külək səbəbindən qəzalı vəziyyətə düşüb.

Yaşıllaşdırma təsərrüfatı birliyinin şöbə müdiri Orxan Məmmədovun sözlərinə görə, bu mövsümdə güclü küləyin olması ağacların aşma ehtimalını daha da artırır: pizza mizza

“Çünki ağaclar hazırda inkişafdadır və üst hissəsində yaşıl kütlənin çox olması aşmanı payız-qız mövsümünə nisbətən daha çox edir. Külək ərazidə tikintisi aparılan obyektin təhlükəsizlik hasarını da uçurub”.

Küləkli havanın fəsadı səhər saatlarında Heydər Əliyev prospektində də müşahidə edilib.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!