“Güclü və özünəməxsus oyun fəlsəfəsi olan komandaya qarşı oynayacağıq” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Güclü və özünəməxsus oyun fəlsəfəsi olan komandaya qarşı oynayacağıq” - Qurban Qurbanov

İdman

27 Yanvar 2026 23:22 556


"Qrup mərhələsində son qarşılaşmamıza çıxacağıq. Çox möhtəşəm stadionda, güclü və özünəməxsus oyun fəlsəfəsi olan bir komandaya qarşı oynayacağıq. Rəqib futbolçular hər zaman yüksək istək və motivasiya ilə mübarizə aparırlar.

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Liverpul şəhərində, "Enfild" stadionunda təşkil olunan mətbuat konfransında səsləndirib.

"Biz də meydanda layiqli oyun göstərməyə çalışacağıq. Futbolçularıma güvənirəm və inanıram ki, onlar sabah imkanlarının maksimumunu ortaya qoyacaqlar", - deyə baş məşqçi vurğulayıb. Toyuqlu pizza

Qeyd edək ki, Liverpul - Qarabağ oyunu yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!