YAP-da nə baş verir? - Vəzifəsindən azad olunan deputat danışdı

saytların hazırlanması

Evə çatdırılma

YAP-da nə baş verir? - Vəzifəsindən azad olunan deputat danışdı

Siyasət

29 Yanvar 2022 12:34 17476


“Ümumilikdə, Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatının sədri vəzifəsində işləmək çox böyük, şərəfli və eyni zamanda, məsuliyyətli bir vəzifədir”.

Bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP-ın Ağdaş rayon Partiya Təşkilatının sabiq sədri Cavid Osmanov deyib:

“2007-ci ilin martın 10-dan mən YAP-ın Ağdaş rayon partiya təşkilatının sədri vəzifəsində çalışırdım. Buna görə də, partiyamızın rəhbəri, möhtərəm cənab Prezidentimiz İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti və partiya sədrimizin birinci müavini Mehriban Əliyeva dərin təşəkkürlərimi bildirərəm ki, bu illər ərzində mənə böyük etimad göstərilibdir. Eyni zamanda, onu da qeyd edim ki, ötən il mart ayının 5-də keçirilən YAP-ın VII Qurultayında İdarə Heyətinin üzvü seçilmişəm. Ona görə də, həyatımız ümumilikdə, YAP-la bağlıdır və bundan sonra da partiyanın fəaliyyətində yaxından iştirak edəcəyəm. Bu baxımdan da, qarşımızda daha məsuliyyətli və daha şərəfli vəzifə var. İşimizi partiyamızda daha fəal və daha yaxından davam etdirəcəyik”. pizza mizza

“Əlbəttə, gənc YAP-çılara da kömək edəcəm. Çünki YAP-ın İdarə Heyətinin 40 nəfər üzvündən biriyəm və partiya tərəfindən namizədliyim irəli sürülübdür. İdarə Heyətinin üzvü olmaq çox məsuliyyətli bir vəzifədir. Bu baxımdan, əlbəttə, əlimizdən gələn nə varsa, YAP-ın, xüsusən də gənclərin YAP-ın apardığı idealoji sahədən aşılanması üçün əlimizdən gələni hər zaman etməyə borcluyuq. Bu, partiyamızın qarşımızda qoyduğu bir məsuliyyətdir ki, bunun da öhdəsindən gəlməyə çalışacağıq. Gücümüz nəyə çatırsa, YAP-ın yolunda bunu heç vaxt əsirgəməyəcəyik”, - deyə müsahibimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!