Gül satan qazi qızı -“Məktəbdən çıxdım ki, gül satıb atamın dərmanlarını alım”

saytların hazırlanması

Evə çatdırılma

Gül satan qazi qızı -“Məktəbdən çıxdım ki, gül satıb atamın dərmanlarını alım”

Sosial

15 Fevral 2019 02:19 2603


11 yaşlı Zəhra Qarabağda yaralanmış atasının müalicəsi üçün “İnşaatçılar” metrosunun pilləkənlərində gül satır. 6-cı sinifdə oxumalı olan qızcığaz imkansızlıq üzündən məktəbi atmalı olub.

Zəhranın anası Afət isə metronun digər çıxışında gül satır. O, deyir ki, təxminən il yarım əvvəl Ağdaşdan gəliblər. Rayonda iş olmadığı üçün ailəlikcə paytaxtda üz tutublar: “Orada dolanışıq yox idi. Ağdaşın özündə qalırdıq. Bakıya köçəsi olduq. İndi burada kirayədə qalırıq. 8 baş külfətik. 6 uşağım var. Ən balacası qucağımdakıdır. 8 aylıqdır. Adı da Tunardır. Yoldaşım Qarabağ əlilidir, Abıyev Azərdi adı. Kəlbəcərdə döyüşüb. Ayaqlarını “moroz” aparıb. Amma əlillik statusu yoxdur. Heç veteran “knijka”sı da yoxdur. Rayonda olanda 5000 pul istədilər. Vəsiqə düzəldə bilərik-dedilər. Biz də hardan alaq o qədər pulu. Çıxıb Bakıya gəldik. Yoldaşım işləyə bilmir. Neçə illərdi ki, yataq xəstəsidir. Biz də gül sata-sata həm öz boğazımıza baxırıq, həm də yoldaşımın dərmanlarını alırıq. O dərmanlar olmasa bir gün də yaşaya bilməz”.

Oğlu isə günü 15 manata tikintidə işləyir. Əlavə edir ki, payıza əsgər gedəcək: “Oğlum da işləyir, qızım da, mən də. Birtəhər ailəni saxlamağa çalışırıq”.  pizza hut

Hafta.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!