Gülər Əhmədova telekanalları tənqid etdi

saytların hazırlanması

Evə çatdırılma

Gülər Əhmədova telekanalları tənqid etdi

Rəqəmsal

28 Yanvar 2019 17:55 1435


“Azərbaycan televiziyaları ilkin funksiyalarını itiriblər. Yəni, televiziyalar əhali ilə danışmalıdır. Nə özəl, nə də dövlət televiziyaları arasında dialoq yoxdur”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri  “Yeni Müsavat”ın canlı yayımında  sabiq deputat Gülər Əhmədova deyib. O verilişlərin mövzuya uyğun qonaq dəvət etmədiyini də bildirib.

Aparıcı Elçin Əlibəyli də məsələ ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə dünya ölkələrində sosial veriliş, tok- şoularda 25 nəfərlik komanda işləyir: “Bizdə bir redaktor və prodüser olur. Bu da maliyyə məsələsi ilə bağlıdır. İkinci məsələ isə odur ki, ziyalılarımız, ictimai siyasi xadimlər televiziyaya çıxmırlar. Universitet müəllimləri, AMEA- nın işçiləri isə iştirak edə bilmirlər. Onlara rəhbərlik tərəfindən qadağan olunur. Bu da yəqin artıq -əksik danışmasınlar deyədir…”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!