Güləş yığmamız 10 ölkə arasında ikinci oldu

saytların hazırlanması

Evə çatdırılma

Güləş yığmamız 10 ölkə arasında ikinci oldu

İdman

09 Fevral 2019 15:19 1036


Fevralın 7-8-də İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə "Təxti kuboku" keçirilib. 

Azərbaycan Güləş Federasiyasından "Yeni Sabah"a verilən məlumata görə, ənənəvi yarışda 10 ölkədən - İran, Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Macarıstan, Hollandiya, Belarus, Qırğızıstan və Gürcüstandan olan pəhləvanlar mübarizə aparıb. İlk yarış günündə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında mübarizə aparan millimizin 4 üzvü - Əhmədnəbi Qvarzatilov (61 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) finala vəsiqə qazanıb. 

İkinci yarış günündə həlledici qarşılaşmalar keçirilib. Ə.Qvarzatilov finalda Uluqbəy Yoldaşbəyova (Qırğızıstan), C.Həsənov Bəhmən Teymuriyə (İran) məğlub olaraq gümüş medalla kifayətlənib. N.Hacıyev isə zədələndiyi üçün Əli Rzayi Qudarzi (İran) ilə həlledici görüşə çıxmayıb. Ancaq H.Hacıyev Rza Əfzəli (İran) üzərindəki qələbəylə himnimizi Kirmanşahda səsləndirib. Mircəlal Həsənzadə (61 kq) və Şərif Şərifov (92 kq) bürünc medal qazanıb.  Dördpendirli pizza

Beləliklə, komandamız 2019-cu ildə çıxdığı ilk turnirdə 1 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edib. Yığmamız komanda hesabında 2-ci yeri tutub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!