Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcək

İdman

04 Aprel 2019 17:37 884


Sabah Dağıstanın Kaspiysk şəhərində gənc yunan-Roma güləşçiləri arasında Surakat Asyatilovun xatirə turnirinə start veriləcək.

Azərbaycan Güləş Federasiyasından “Yeni Sabah”a verilən məlumata görə, aprelin 7-dək davam edəcək ənənəvi yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında Zaur Əliyev, Rəvan Rəcəbov (hər ikisi 55 kq), Zaur Nuriyev (63 kq), Ramin İsrayilov (67 kq), Cavid Miralayev (77 kq), Şirxan Quliyev (82 kq) və Sərxan Məmmədov (130 kq) təmsil edəcək.

Turnirdə beynəlxalq dərəcəli hakim Cəlal Bahadurov ədaləti qoruyacaq. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!