Güləşçilərimiz Dünya Seriyasında 3 medal qazanıblar

saytların hazırlanması

Evə çatdırılma

Güləşçilərimiz Dünya Seriyasında 3 medal qazanıblar

İdman

12 May 2019 09:20 1175


Azərbaycan güləşçiləri Dünya Seriyasında 3 medal qazanıblar

Braziliyanın Rio-de-Janeyro şəhərində çimərlik güləşi üzrə lisenziya xarakterli Dünya Seriyası turniri keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan güləşçilərindən üçü yarımfinala vəsiqə qazanıb.  pizza sifarişi

Kənan Əliyev (90 kq) yarımfinalda uduzsa da, İbrahim Yusubov (80 kq) və Oyan Nəzəriani (+90 kq) finala yüksəlib. Yekunda Əliyev bürünc, Yusubovla Nəzəriani isə gümüş medal qazanıb.

Xatırladaq ki, Portuqaliyadakı yarışda olduğu kimi, bu turnirdə də toplanan lisenziya xallarına əsasən payızda ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına vəsiqələrin sahibləri müəyyənləşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!