Güllələnən müəllimlə bağlı yeni   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Güllələnən müəllimlə bağlı yeni AÇIQLAMA

Sağlamlıq

10 Fevral 2026 10:39 661


Fevralın 6-da Bakıda yerləşən “İdrak” liseyində şagirdin güllələdiyi müəllim Şəhla Kamilovanın son durumu açıqlanıb.  

TƏBİB-dən “Yeni Sabah”ın sorğuausna cavab olaraq bildirilib ki, hazırda onun müalicəsi Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsində davam etdirilir.

Ş.Kamilovanın vəziyyəti stabil olaraq qiymətləndirilir.  Dördpendirli pizza

Qeyd edək ki, fevralın 6-da Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş silahlı insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib.

Yaralı müəllim Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Aparılan diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkarlanıb. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb. 

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şagird barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!