Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ölkə prokurorluğunun əməkdaşları tərəfindən saxlanılıb.
“Yeni Sabah” "İnterfax"a istinadən xəbər verir ki, bu barədə G.Kərimovanın qızı İman Kərimova İnstaqram hesabında bildirib.
O qeyd edib ki, dünən saat 19:00 radələrində prokurorluğun işçiləri zorla onun Daşkənddəki mənzilinə giriblər. Prokurorluğun əməkdaşları əvvəlcə G.Kərimovanı hədələyiblər. Bir neçə dəqiqə sonra prokurorluğun başqa işçiləri zorla mənzilə girib və onun anasını evdən çıxarıblar. G.Kərimova bundan sonra naməlum istiqamətə aparılıb. pizza
İ.Kərimovanın sözlərinə görə, hazırda heç kim G.Kərimovanın harda olduğunu bilmir. G.Kərimovanın İsveçrədəki vəkilləri və prokurorlar artıq bu barədə məlumatlandırılıblar və tədbir görürlər.
Qeyd edək ki, 2013-cü ilin oktyabrında Kərimovaya Özbəkistanda 2001-2013-cü illərdə mütəşəkkil cinayətkar qrupun tərkibində törədilmiş və vergidən yayınma ilə bağlı cinayət işi açılıb. 2015-ci ilin avqust ayında məhkəmə onu beş il azadlıqdan məhrum edib. O, ölkəsində həmçinin dövlət vəsaitlərinin talanı, şantaj yolu ilə pul alma və ofşor şirkətlərinin olduğunu sübut edən sənədləri bilərəkdən məhv etməkdə təqsirli bilinirdi.
Telegram kanalımız