Xəbər verdiyimiz kimi, Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ölkə prokurorluğunun əməkdaşları tərəfindən saxlanılıb.
“Yeni Sabah” bildirir ki, dünən saat 19:00 radələrində prokurorluğun işçiləri zorla onun Daşkənddəki mənzilinə giriblər. Prokurorluğun əməkdaşları əvvəlcə G.Kərimovanı hədələyiblər. Bir neçə dəqiqə sonra prokurorluğun başqa işçiləri zorla mənzilə girib onu evdən çıxarıblar. G.Kərimova bundan sonra naməlum istiqamətə aparılıb.
Onun saxlanılması zamanı çəkilmiş fotonu təqdim edirik: Dördpendirli pizza
Telegram kanalımız