Keçmiş millət vəkili Gültəkin Hacıbəyli avtomobilinə həbs qoyulması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
“Yeni Sabah” xəbər verir ki, media onun maşınının məhkəmə qərardadı əsasında saxlanılaraq cərimə meydançasına yerləşdirilməsini yazıb: “Dostlar mənə zəng vurub narahat olduqlarını deyirlər, mən də cavab verirəm ki, narahat olmayın, mən maşınımla şəhərdəyəm, maşını özüm sürürəm”.
G. Hacıbəyli bildirib ki, 28 fevral saat 13.20-da yol polisi onu saxlayıb və bildirib ki, avtomobili cərimə meydançasına yerləşdirməlidir. Qısa müddət ərzində maşən cərimə meydançasına aparılıb: “Nəsimi rayon icra şöbəsinə zəng edirəm və mənə bildirirlər ki, mənim maşınımın saxlanması ilə bağlı heç bir hüquqi əsas yoxdur və onlar Dövlət Yol Polis İdarəsinə bu barədə müraciət etməyiblər. pizza
Bakı Şəhər Dövlət Yol Polis idarəsinin şöbə rəisi İsmayıl müəllim (otaq 102) mənə bildirir ki, maşının saxlanmasını Respublika DYPİ göstərişi əsasında həyata keçiriblər, dəqiq heç nə bilmirlər, deyəsən məhkəmə qərardadı var.
Respublika DYPİ-də sistemi də, maşının sənədlərini də araşdırıb bildirirlər ki, avtomobilin saxlanması ilə bağlı heç bir hüquqi əsas yoxdur və bizim bu işdən xəbərimiz yoxdur”.
G. Hacıbəyli qeyd edib ki, bir gün sonra Nəsimi rayon icra şöbəsinin rəisi onda zəng vurub: “Soruşuram ki, dünən avtomobilimin saxlanması ilə bağlı heç bir qərardad olmadığını demisiniz, bu gün icra tələb edirsiniz. Cavab: "Dünən mən sizinlə danışanda belə qərardad yox idi. (Son dəfə 14.21-də danışmışıq). Sizin məhkəmə saat 16.00-da baş tutub və bizə bu barədə məlumat dünən axşam saatlarında daxil olub”.
Demək, 12.19-da mətbuat maşınımın saxlandığını yazır, 13.20-də maşın saxlanılır və bütün bunlar Nəsimi rayon məhkəməsinin həmin gün saat 16.00-da keçiriləcək iclasınında qəbul olunacaq qərardad əsasında edilir! Məhkəmənin Prezident Administrasiyasından verilən tapşırıqları icra etməyə nəfəsi çatmır, çünki müəyyən prosedur, müddət məsələləri var, ancaq bu, heç bir halda şanlı hökumətimizi ruhdan salmır, onlar lazım olanda icra qərarlarını məhkəmə həmin qərarları qəbul edəndən əvvəl də həyata keçirirlər! Baxmayaraq ki, ölkədə illərdir icra edilməyən on minlərlə məhkəmə qərarı var! Ona görə də özləri məhkəmə qərardad çıxarmamış Dövlət Yol Polisinə göstəriş verirlər ki, hələ qəbul edilməmiş məhkəmə qərarlarını icra etsinlər!
28 fevral 2019-cu il tarixində maşınımın saxlanması barədə qərardad çıxaran məhkəmə 21 fevral 2019-cu il tarixli qərardadı ilə eyni iddianı təmin etməmiş, iddia tələbinin həcmini nəzərə almaqla mənzilimin üzərindəki həbsi yetərli saymışdı. Bir həftə sonra, eyni hakimin sədrliyi ilə keçirilən eyni məkhəmə öz qərarını dəyişdi. Bir həftə ərzində nə baş verdi ki, məhkəmə öz qərarına qarşı belə hörmətsizlik edəsi oldu?”
Telegram kanalımız